Ermənistan ordusu Naxçıvanla sərhəddəki mövqelərini tərk edir (FOTO)

Ermənistan ordusu Naxçıvanla sərhəddəki mövqelərini tərk edir (FOTO)
"Bellingcat" açıq araşdırmalar portalında bu barədə məqalə dərc olunub

Naxçıvan Muxtar Respublikası ilə Ermənistan arasında yeni strateji yüksəkliklər Azərbaycan Ordusunun nəzarətinə keçib. Bu barədə Avstraliya İnstitutunun tədqiqatçısı Masis İngilizyanın "Bellingcat" açıq araşdırmalar portalında dərc olunmuş məqaləsində deyilir.

M.İngilizyan qeyd edib ki, hazırda Azərbaycan Silahlı Qüvvələri Naxçıvan-Ermənistan sərhədində neytral adlandırılan ərazidə mühəndiş işləri aparır. O cümlədən sərhəddə Ermənistan Silahlı Qüvvələrinin mövqeləri istiqamətində yeni yollar çəkilib.

Onun sözlərinə görə, "Planet Labs" tərəfindən aparılmış peyk çəkilişləri əsasında görünür ki, Azərbaycan 2018-ci ilin mayında tutulmuş, hazırda erməni silahlılarının ilk müdafiə xəttinə və ermənilərin mühüm strateji hərbi yoluna (çəkilişdə sarı çərçivədə göstərilir) nəzarət etməyə imkan verən yeni mövqelərə cari ilin yaz və payızında qoşun yeridib:

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə