Şəhriyar qələbə ilə başladı

Şəhriyar qələbə ilə başladı
Şahmatçımız beynəlxalq turnirdə iştirak edir

Şahmat üzrə Azərbaycan yığma komandasının lideri Şəhriyar Məmmədyarov Hindistanda keçirilən Tata Stil Çess turnirində mübarizə arparır.

İştirakçılar şahmatın Blits və rapid növündə bacarığını nümaiş etdirir. Həmyerlimiz ilk turda yerli qrossmeyster Vidit Santoşu məğlub edib.

Eks dünya çempionu Vişvanatan Anand amerikalı Uesli So ilə sülh bağlayıb. Birləşmiş ştatların digər təmsilçisi Hikaru nakamura erməni Levon Aronyanla görüşdə yarınm xala razılaşıb.

Rusiya şahmatçısı Sergey Karyakin 14 yaşlı Hindistan şahmatçısı Nihal Sarini məğlub edə bilməyib. Pentala Harikrişna həmyerlisi Surya Qanquli ilə heç-heçə edib. Şəhriyar ikinci turda Harikrişnaya qarşı oynayacaq.

Qeyd edək ki, rapid növündə qalib gələcək şahmatçı şəxsi büdcəsini 10 min dollar yaxşılaşdıracaq. Blits yarışının mükafat fondu isə 7500 dollar təşkil edir. Rapiddə hər iştirakçıya 25 dəqiqə vaxt verilir. Bundan əlavə şahmatçı hər gedişə görə 10 saniyə qazanır. Blitsdə isə rəqiblər hərəyə 5 dəqiqə və hər gedişə görə cəmi 3 saniyə vaxta malik olurlar.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə