Xalq artisti Amaliya Pənahova dəfn edilib - VİDEO

Xalq artisti Amaliya Pənahova dəfn edilib - VİDEO

Azərbaycanın xalq artisti Amalya Pənahova “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.

REAL xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri ilə yanaşı, tanınmış mədəniyyət və incəsənət xadimləri, dostları, kino və teatr xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

***

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasında müasir Azərbaycan teatrı və kino sənətinin tanınmış nümayəndəsi, xalq artisti Amalya Pənahova ilə vida mərasimi keçirilib

REAL xəbər verir ki, vida mərasimində mərhumun ailə üzvləri ilə yanaşı, tanınmış mədəniyyət və incəsənət nümayəndələri, rəsmi şəxslər iştirak ediblər.

A.Pənahova vəsiyyətinə əsasən həyat yoldaşı, xalq artisti Yusif Muxtarovun yanında,“Qurd qapısı” qəbiristanlığında dəfn ediləcək.

Mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, Azərbaycan mədəniyyətinə ağır itki üz verib: "Amalya Pənahova Azərbaycan teatrı üçün bəlkə də əvəzolunmaz şəxslərdən biridir. Bu hadisəyə cəmiyyətimiz tərəfindən olan reaksiya bir daha onu göstərir ki, teatr sənəti çox vacib bir sənətdir. Teatr Azərbaycan xalqının ayrılmaz bir hissəsidir". Sonra nazir Amalya Pənahovanın həyat və yaradıcılığından danışıb.

Xalq artisti ötən gün xərçəng xəstəliyindən 73 yaşında vəfat edib. 

Qeyd edək ki, Amaliya Pənahova 1945-ci il iyunun 15-də Gəncə şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1962–1966-cı illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsində ali təhsil alıb. 1964-cü ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyor truppasına qəbul edilən Amaliya Pənahova burada 1992-ci ilədək səhnə fəaliyyətini davam etdirib. O, 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaratmış və ömrünün sonunadək həmin teatra rəhbərlik edib. O, ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etmiş, ikinci çağırış Milli Məclisinə deputat seçilib. “Şöhrət” və “Şərəf” ordenləri və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Digər xəbərlər
Dünən
16 Noyabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə