Kartof və kividə xəstəlik tapıldı (VİDEO)

Kartof və kividə xəstəlik tapıldı (VİDEO)
35 tondan çox məhsul İran və Gürcüstana geri qaytarılır

İran İslam Respublikasından 5 noyabr 2018-ci il tarixli fitosanitar sertifikatla ölkəmizə gətirilən kivilərdə zərərli orqanizmlərdən olan "tut qalxanlı yastıcası" (Pseudolaspis pentagona) aşkar edilib.

“Güllü-80” MMC-nin ünvanına göndərilməsi nəzərdə tutulan 10,4 ton kivi məhsuluna fitosanitar karantin baxışı keçirilərkən həmin məhsulun zərərli orqanizmlərlə sirayətlənməsi ehtimal olunub. Məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyasına göndərilib.

Qeyd olunan məhsuldan götürülmüş nümunələrdə karantin tətbiq edilən zərərli orqanizmlərdən "tut qalxanlı yastıcası" (Pseudolaspis pentagona) aşkar edilib.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə