“Qəbələ” “Herta” ilə bacarmadı

“Qəbələ” “Herta” ilə bacarmadı

Komandamız Penaltidən yararlana bilmədi

REAL-ın məlumatına görə, "Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasının II mərhələsində ilk oyununu keçirib.Emin İmaməliyevin yetirmələri Qəbələ şəhər stadionunda Almaniyanın "Herta" klubu ilə üz-üzə gəlib. Qarşılıqlı hücumlar şəraitində keçmiş ilk hissədə tərəflərdən heç biri fərqlənə bilməyib. Fasilədfən sonra təzyiqi artıran qonaqlar 65-ci dəqiqədə hesabı açıblar. Məhəmməd Kiprit Qəbələ müdafiəçilərinin səhvini bağışlamayıb. 6 dəqiqə sonra Cesik Nqankam Qəbələ futbolçularını ikinci dəfə meydanın mərkəzinə dəvət edib. Bundan sonra hücumda təzyiqi artıran komandamız 11 metrlik cərimə zərbəsi vurmaq şansı əldə edib. Topa yaxınlaşan Samir Qurbanovun zərbəsini rəqib qapıçı Luis Klatte zərərsizləşdirib. Matçın başa çatmasına 5 dəqiqə qalmış almanlar 3-cü qolu vurub. Komanda yoldaşından dəqiq ötürmə alan Ruven Vertmüllerin zərbəsi qarşısıalınmaz olub. Qəbələnin gücü isə yalnız təsəlli qoluna çatıb. 88-ci dəqiqədə komandanın kapitanı Əli Sadıqov komandasını quru hesablı məğlubiyyətdən xilas edib. Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması noyabrın 28-də Berlində keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə