Tramp-mediya qarşıdurması

Tramp-mediya qarşıdurması

Ağ Ev lideri CNN müxbiri ilə mübahisə edib.

REAL-ın məlumatına görə, Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp növbəti dəfə mediya nümayəndələri ilə mübahisə edib.

Mübahisəyə səbəb CNN müxbiri Cim Akostanın Ağ Ev liderinə ünvanladığı sualı olub.

Akosta Trampdan mühacirlərin ABŞ-a dağru hərəkətini nəyə görə işğal adlandırdığını soruşub.

Tramp suala cavabında mühacirlərə qarşı olmadığını, lakin onların ölkə ərazisinə daxil olmaq üçün müəyyən qanuni prosesdən keçməsini istədiyini deyib:

"Onların ölkəyə gəlməsini istəyirəm. Lakin bu qanuni əsasda olmalıdır. Bizim insanlara ehtiyacımız var. Çünki ölkəmizə yüzlərlə şirkət axın edir".

CNN müxbiri Cim Akosta isə bildirib ki, mühacirlər, əslində, yüzlərlə kilometr uzaqdadırlar. Bunu işğal adlandırmaq olmaz.

Donald Tramp bildirib ki, ölkəni idarə etmək üçün mənə icazə verin. Siz özünüz CNN-də çalışırsız, əgər yaxşı işləsəydiniz reytinqləriniz daha yaxşı olardı. Danışdığınız kifayətdir.

CNN müxbiri Donald Trampla mübahisəni davam etdirərək ona Rusiyanın ABŞ seçkiləri ilə bağlı apardığı istintaqdan sual verib. Müxbir Trampın bundan narahat olub-olmadığını soruşub.

Donald Tramp isə bildirib ki, Rusiyanın apardığı istintaq məni narahat etmir. Çünki bu uydurmadır. CNN sizin kimi müxbirlə çalışdığı üçün özündən utanmalıdır. Çox kobud insansan. Sara Hakebi və digər şəxslərlə davranışın dəhşətlidir. İnsanlarla bu cür davranmamalısan.

Tramp digər jurnalistlərlə mətbuat konfransını davam etdirmək istəsə də, Akosta yerdən müdaxilə edib.

Tramp Akostanı və CNN-ni yalan xəbərlər yaymaqda təqsirləndirib və onu xalqın düşməni adlandırıb.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə