UEFA Çempionlar Liqası: Həftənin ən yaxşı futbolçusu adına namizədlər - SİYAHI

UEFA Çempionlar Liqası: Həftənin ən yaxşı futbolçusu adına namizədlər - SİYAHI

Noyabrın 8-də UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu və ən yaxşı qolunun müəllifi adına namizədlər açıqlanıb.

Qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinin dördüncü turundakı qarşılaşmalarda göstərdikləri oyunlara görə həftənin ən yaxşı futbolçusu adına Harri Keyn (Tottenhem), Kərim Benzema (Real Madrid), Riyad Mahrez (Mançester Siti) və Milan Pavkov (Çrvena Zvezda) iddialıdırlar.

Həftənin ən yaxşı qolunun müəllifi isə “Çrvena Zvezda”nin yarımmüdafiəçisi Milan Pavkovun “Liverpul”un, “Mançester Siti”nın gənc ulduzu Rəhim Sterlinqin “Şaxtyor”un, “Porto”nun yarımmüdafiəçisi Otavionun “Lokomotiv”in, “Yuventus”un yeni transferi Kriştiano Ronaldonun isə “Mançester Yunayted”in qapısına vurduğu qollar arasından seçiləcək.

Qaliblər UEFA-nın saytında aparılan səsvermə nəticəsində noyabrın 10-da müəyyənləşəcək.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə