Formula 1-in yeni ünvanı

Formula 1-in yeni ünvanı

Qran-Priyə Vyetnam ev sahibliyi edəcək

REAL-ın məlumatına görə, daha bir ölkə Formula 1 qran-prisini qəbul etməyə hazırlaşır. Azarkeşlər 2020-ci ildən etibarən Formula 1-in Vyetnam mərhələsinə də şahidlik edəcəklər. Yarışlar Vyetnamın paytaxtı hanoy şəhərində təşkil olunacaq. Hanoy trekində bir dövrənin uzunluğu 5565 metr olacaq. Qurumun icraçı direktoru Çeyz Kerinin sözlərinə görə Formula 1-in coğrafiyasının ildən-ilə genişləndiyini deyib. Biz 2020-ci ili səbrsizliklə gözləyirik. Hanoy zəngin tarixi olan möhtəşəm şəhərdir. Yarış bolidlərini bu fantastik şəhərdə görmək möhtəşəm hissdir. Sitatın sonu. Hazırda Formula 1 mövsümü 231 mərhələdən ibarətdir. Cari ilin bitməsinə 2 qran-pri qalsa da çempionun adı artıq məlumdur. İngiltərəli pilot Luis Hamilton üçün Braziliya və Abu-dabi mərhələləri formal xarakter daşıyır.

Qeyd edək ki, Azərbaycan sözü gedən yarışa 2016-cı ildən ev sahibliyi edir. Aprel ayında paytaxtımızda 4-cü dəfə Formula 1 qran-prisini təşkil olunacaq.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə