İrandan ABŞ-ın sanksiyaları ilə bağlı bəyanat

İrandan ABŞ-ın sanksiyaları ilə bağlı bəyanat
ABŞ-ın bu addımı İran iqtisadiyyatı üçün cüzi mənfi nəticələrə səbəb olacaq

İranın Xarici İşlər Nazirliyi ABŞ-ın bu ölkəyə yenidən sanksiya tətbiq etməsi ilə əlaqədar bəyanat yayıb.

Bəyanatda deyilir ki, ABŞ-ın bu addımı İran iqtisadiyyatı üçün cüzi mənfi nəticələrə səbəb olacaq. Lakin bu addım özü-özlüyündə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarının pozulması, dünyanın əksər ölkələrinin iradəsinə zidd olmaqla yanaşı, bəşəri, hüquqi və əxlaqi prinsiplərə hörmətsizlikdir. Həmçinin bu davranış dünya birliyinin bütün üzvlərinə, xüsusilə ABŞ-ın müttəfiqlərinə bir daha göstərir ki, bu dövlət nəinki beynəlxalq qaydalara və normalara hörmət etmir, əksinə digər dövlətləri qanuni beynəlxalq öhdəliklərə və qaydalara riayət etdiklərinə görə cəzalandırır. Son sanksiyalar dalğası həmin ölkələrin şirkətlərini də öz cənginə alıb.

ABŞ bildirir ki, sanksiyalar İran xalqına qarşı yönəlməyib. Lakin sanksiyalardan əziyyət çəkən İran xalqı olur. İndiyə qədər tətbiq edilən sanksiyalar və təzyiqlər səbəbindən məsum insanlar - uşaqlar, xəstələr və əhalinin aztəminatlı təbəqəsi çoxlu çətinliklərə və əzab-əziyyətlərə düçar olub. Lakin bu, xalqın istiqlaliyyət və əcnəbilərə qarşı müqavimət yolunda iradəsinə zərrə qədər mənfi təsir göstərə bilməyib.

Bəyanatda, həmçinin bildirilir ki, İran ABŞ-ın qeyri-qanuni əməllərini pisləməklə yanaşı, xanım Federika Moqerininin, üç Avropa ölkəsinin xarici işlər və maliyyə nazirlərinin birgə bəyanatını, eləcə də Rusiya və Çinin ABŞ-ın qanunsuz hərəkətlərinə qarşı mövqeyini, onların İranla maliyyə kanallarını qorumaq və ölkəmizdən neft və qaz ixracını davam etdirmək barədə öhdəliklərini müsbət qarşılayır və bunu doğru addım hesab edir.

İran bir daha hamının diqqətini ABŞ-ın bəşəriyyətin gələcəyi üçün doğurduğu təhlükəyə yönəldir və düşünür ki, öhdəlik və məsuliyyəti qəbul edən dövlətlər bu rejimin təhdidlərinin qarşısını almaq üçün bir-biri ilə əməkdaşlığı öz gündəliklərinə daxil etməlidir. (AZƏRTAC)

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə