Nazir: Etiraf edək ki, bu kreditlər qaytarılmayacaq

Nazir: Etiraf edək ki, bu kreditlər qaytarılmayacaq
Samir Şərifov parlamentdə deputatların suallarına cavab verib

“Maliyyə Nazirliyi elə bir qurumdur ki, ştatların artırılması məsələsinin qarşısını almağa da xidmət edir. Bu, daimi prosesdir”

Bunu maliyyə naziri Samir Şərifov parlamentdə deputatların suallarına cavab verərkən deyib. 

O qeyd edib ki, ştatlar bir qədər azaldılır, ancaq  sonradan min səbəb tapılır ki, ştatlar artırılır. “Bəzi dövlət büdcəsindən maliyyələşən təşkilatların təşkilatı hüquqi forması dəyişdirilib. Yəni, söhbət publik hüquqi şəxsdən gedir. Ancaq bu belə onların dövlət büdcəsindən asılılığını azaltmayıb. Yalnız bir  neçəsi müstəqildir. 396 milyon manat vəsait publik hüquqi şəxslərin fəaliyyət göstərilməsi üçün artırılıb. Cənab prezidentin tapşırığı odur ki, dövlət aparatı daha səmərəli fəaliyyət göstərsin”.

Nazir həmçinin, təhsil kreditləri məsələsinə də toxunub. O etiraf edib ki, Azərbaycan universitetlərində ödənişsiz təhsil alanların sayında azalma var: “Bu azalmaların qarşısının alınması üçün dövlət büdcəsindən 2019-cu ildə əlavə vəsaitlərin ayrılması nəzərdə tutulur. Bu, 2019-2020-ci ildə ali təhsil müəssisələrinə qəbul olanlara şamil olunacaq. 

Digər məsələ təhsil kreditləri ilə bağlıdır. Bu yeni məsələ deyil, artıq neçə ildir ki, bunun müzakirəsi aparılır. Problem ondadır ki, bir tərəfdən təhsil krediti alanların həmin o krediti qaytarması məncə, böyük bir sualdır. Bizim bank təşkilatlarımız bu riski öz üzərlərinə götürmək istəmirlər. Yaxşı buna dövlət müdaxilə etsə, bəri başdan etiraf edək ki, bu kreditlər qaytarılmayacaq.

Xaricdə bu məsələ belə qurulub. Kredit verilir, amma həmin o məzunlar işə qəbul olunduqdan sonra işəgötürənlərdən banklarla müqavilə bağlayır və kreditlər geri qaytarılır. Hazırda bununla bağlı bir mexanizm tapa bilməmişik. Müəyyən cəhdlər var. Lakin bunlar deməzdim ki, problemi kütləvi şəkildə həll edəcək”. (“Qafqazinfo”)

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə