Federasiya kubokuna yekun vurulub

Federasiya kubokuna yekun vurulub

Respublika Velotrekində mövsümün trek növü üzrə sonuncu yarışı keçirilib.

REAL-ın məlumatına görə, Federasiya Kuboku uğrunda turnirdə klub və cəmiyyətlərin müxtəlif yaş qrupları üzrə 100-ə yaxın idmançısı qüvvəsini sınayıb. 


Elit, U-23 və gənc oğlanların mübarizə apardığı qrupda yığma komandamızın lideri Sergey Omelçenko bütün rəqiblərindən güclü olub. “Neftçi” İdman Klubunun təmsilçisi Mahmud Məmmədov 1 km məsafəyə fərdi ötüşmə yarışında 1-ci yeri tutub. Qrup ötüşməsində isə Olimpiya Velosiped Məktəbinin yetirməsi Nəcəf Bağırov digər rəqiblərini qabaqlamaqla fəxri kürsün ən yüksək pilləsinə qalxıb. Onun komanda yoldaşı Ayan Xankişiyeva gənc qızlar arasında 2 km məsafəyə fərdi ötüşmə növündə bütün rəqiblərini geridə qoyub. 
15 və 17 yaşadək qızlar arasında 1 km məsafəyə fərdi ötüşmə yarışında 7 saylı Olimpiya Məktəbi və Respublika Olimpiya Velosiped Məktəbinin təmsilçiləri Gülşən İsmayılova və Elfanə Camalova fərqlənib. 15 yaşadək oğlanlar arasında Mustafa Muxtarlı 1 km, 17 yaşadək idmançılar arasında isə Nikita Sitov 2 km məsafəyə fərdi ötüşmə yarışında qızıl medala sahib olub. Nikita Sitov həmçinin 8500 metr məsafəyə skretç yarışında da çempionluq sevinci yaşayıb. 17 yaşadək qızların 5000 metr məsafəyə skretç yarışı isə 7 saylı Olimpiya Məktəbinin nümayəndəsi Viktoriya Sidorenkonun qələbəsilə yekunlaşıb.


Qalib və mükafatçılara medalları Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və Respublika Olimpiya Velosiped Məktəbinin direktoru Faiq Qurbanov təqdim ediblər.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə