Məhəmməd Salahın heykəli sosial şəbəkələrdə lağa qoyuldu

Məhəmməd Salahın heykəli sosial şəbəkələrdə lağa qoyuldu

Misirdə “Liverpul” klubunun hücumçusu Məhəmməd Salahın şərəfinə heykəl qoyulub. Futbolçunun heykəli Misir gəncləri üçün ümid rəmzi kimi düşünülsə də, dərhal sosial şəbəkələrdə tamamilə gülünc bir şey kimi lağa qoyulub.

Heykəldə təsvir olunan Salahın vücudu kiçik, qolları və ayaqları nazik, başı isə böyükdür.

Bundan əlavə, onu “Yuventus”un hücumçusu Kriştianu Ronaldunun yaxın keçmişdə Madeyra aeroportunda qoyulmuş uğursuz heykəli ilə müqayisə ediblər. Qeyd edək ki, Ronaldunun heykəli sonralar yenisi ilə əvəzlənib.

Salahın heykəli Şərm-əş-Şeyxdə gənclər forumunda təqdim edilib. Onun müəllifi Mai Əbdül Allahdır.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə