Mir Şahinin vaxtı (VİDEO, 04.11.2018)

Mir Şahinin vaxtı (VİDEO, 04.11.2018)

Yoldan danışacağıq. Və təkcə ona görə yox ki, Prezident İlham Əliyev son 3 ildə 98 dəfə yol açılışı edib və bu həftə də ölkənin bir sıra rayonlarında yeni yollar açdı.  Əlbəttə bu səbəb də var, amma biz yoldan həm də və daha çox ona görə danışacağıq ki,  həftə Azərbaycan dövləti, Prezident və xalqı üçün böyük bir yol həftəsi oldu.  İlham Əliyev ümumiyyətlə, dövlətin getdiyi siyasi, fiziki və mənəvi yolun ümumi xəritəsini təqdim etdi. Əvvəldən başlayaq. 

Əvvəlcə Şəki-Kiş yolunun açılışı oldu.  Prezident sonra Qax-Qıpçaq-Ağyazı yolunu açıq elan etdi. 

Bundan sonra baş verənlər isə bizi maraqlı bir məntiqi ardıcıllıqla, təbii ritmlə Azərbaycanın tutduğu yola çıxardı. Təbii ki Prezidentin idarəçiliyi və bələdçiliyi ilə. Ona görə də Sizə İlham Əliyevin Şəki-ASAN həyat kompleksinin açılışında dediklərindən bir fraqmenti xüsusi təqdim edirəm. Çünki bu çıxış da, çox şaxəli ASAN layihəsinin hər bir yeni mərhələsi istifadəyə verilərkən Dövlət Başçısının ifadə etdiyi başqa fikirlər kimi Azərbaycanın gələcəyinin, sabahının anonsudur. Ona görə də Prezidentin dilindən “Sabahınız xeyir olsun!” xitabını mən yalnız Şəkiyə və yalnız konkret bir səhərə aid etmirəm!

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə