Mir Şahinin vaxtı (VİDEO, 28.10.2018)

Mir Şahinin vaxtı (VİDEO, 28.10.2018)

Bu həftə Azərbaycan müxtəlif dünyagörüşü və baxış bucaqlarınınn xabına çevrildi. 6-cı Beynəlxalq Humanitar forumun nə adı, nə də daşıdığı fəlsəfi mahiyyət sadə idi. Bakı, bütün planeti  “Yeni dünya və yeni insan formalaşdırmağa, yaradıcılığa və insan inkişafına” çağırmaq üçün özü boyda platformaya çevrilmişdi. Təsəvvür edirsiz: Yeni Dünya. Yeni insan. Yaradıcılıq və insan inkişafı.

Biz bu axşam sizinlə elə bu çağırış ətrafında gəzişəcəyik. Amma buna qədər istərdik ki, bəşəriyyətə Azərbaycan müraciətinin baş verdiyi Humanitar Forumda çıxış edən Prezident İlham Əliyevin nitqindən kiçik bir hissəyə qulaq asaq.

Amma əvvəlcə gəlin hansı ölkədə yaşadığımızı bir neçə dəqiqəliyinə unudaq və planetin müxtəlif məkanlarında, müxtəlif ölkələrdə üzləşdiyi bəzi ağrılı, müdhiş mənzərələri gözümüzün qabağında canlandırmağa çalışaq.

Dünya müharibələrdən əziyyət çəkir, bir yanda dinlərarası, məzhəblərarası toqquşmalar, hər gün minlərlə insan yalnız ona görə əzilir, məhv edilir ki, öz əqidə və iman seçimi var.

Terror çirkab, qan-irin vulkanları kimi püskürür, insanlar yurd-yuvalarından didərgin salınır, bərələrə, gəmilərin zirzəmilərinə doluşlaraq Avropaya uz tutur, binəsib tale bağlamaları kimi amansız təqib və qovhaqovun Aralıq dənizlərinə qərq olurlar. Və elə bu vaxt, dünyanın bu qarışıq zamanında müsəlman Azərbaycanının inamlı səsi gəlir.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə