İSESCO-nun baş direktorunun REAL-a eksklüziv müsahibəsi (VİDEO)

İSESCO-nun baş direktorunun REAL-a eksklüziv müsahibəsi (VİDEO)
Əl-Tuveycri: Qarabağ probleminin indiyədək həllini tapmamasında əsas səbəb fövqəl güclərin öz mənafelərini güdməsidir

“Azərbaycan sülhsevər ölkədir. Burada hər kəs əminamanlıqda yaşayır. Bütün millətlər bir-birini başa düşüb harmoniya yaradıblar. Lakin dünya hələ ki Azərbaycanda sülhün bərqərar olması barədə atılan addımları görməməzlikdən gəlir, görülən işləri dəyərləndirmir”.

Bunu REAL-a müsahibəsində İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri deyib.

O bildirib ki, bəzi qərb dövlətləri Azərbaycana düşmən kimi baxır.

“Yəni Azərbaycana qarşı aparılan antitəbliğat kompaniyasının qurbanına çevrilir. Amma bunlara baxmayaraq mən demək istəyirəm ki, Azərbaycan dünyada stabil, sülhsevər ölkə kimi tanınır. Dünyada təhlükəsizliyin bərqərar olması üçün bu gün Azərbaycan çalışır. Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ probleminin indiyədək həllini tapmamasında düşünürəm ki, əsas səbəb fövqəl güclərin öz mənafelərini, maraqlarını güdməsidir. Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır”, - deyə Əbdüləziz bin Osman əl-Tuveycri bildirib.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə