Rəsmi Bakı: Boltonun səfəri yeni imkanlar açır

Rəsmi Bakı: Boltonun səfəri yeni imkanlar açır

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Azərbaycana səfəri bir sıra sahələrdə ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar açır.

Bunu Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev ABŞ-ın məşhur və geniş dinləyici auditoriyasına malik “Con Batçelor Şou” radioproqramına müsahibəsində deyib.

H.Hacıyev müsahibədə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri C.Boltonun Azərbaycana səfəri, Ermənistanın Azərbaycana qarşı təcavüzü və münaqişənin həlli prosesi, VI Bakı Beynəlxalq Humanitar Forumu, 18 oktyabr və müstəqillik illərində Azərbaycanın əldə etdiyi nailiyyətlər, ölkəmizin enerji siyasəti, regional əməkdaşlıq və Azərbaycanın qonşu dövlətlərlə əlaqələri barədə danışıb.

Veriliş əsnasında H.Hacıyev Azərbaycanın strateji baxımdan əhəmiyyətli dövlət olduğunu qeyd edərək C.Boltonun ölkəmizə səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə səmərəli müzakirələr apardığını, bu səfərin enerji, təhlükəsizlik, terrorizmə qarşı mübarizə və digər sahələrdə ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar açdığını diqqətə çatdırıb.

Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən regional əməkdaşlıq və enerji layihələrinə toxunan PA rəsmisi Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzünün regional təhlükəsizlik üçün başlıca təhdid olaraq qalmaqda davam etdiyini deyib. O, münaqişənin həllində irəliləyişə nail olmaq üçün Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı olduğunu deyib.

27 illik müstəqillik dövründə Azərbaycanın əldə etdiyi nailiyyətlərindən danışan H.Hacıyev bu günlərdə keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumuna diqqət çəkərək bu forumun qlobal xarakter daşıdığını və beynəlxalq səviyyədə humanitar məsələlərin müzakirəsi üçün vacib platforma olduğunu bildirib. O, Azərbaycanın bu gün dinamik surətdə inkişaf etdiyini, müasir, dünyəvi dövlət olduğunu və öz mültikulturalizm ənənələri ilə fəxr etdiyini vurğulayıb.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə