Con Bolton indi də Tbilisidə danışıqlar aparır

Con Bolton indi də Tbilisidə danışıqlar aparır

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton ilə çox maraqlı və məhsuldar görüşümüz oldu. Biz ABŞ-Gürcüstan strateji əməkdaşlığı da daxil olmaqla bütün aktual məsələləri nəzərdən keçirdik.

AzərTAc bildirir ki, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani Con Bolton ilə görüşdən sonra keçirdiyi brifinqdə deyib.

Nazir bildirib ki, görüşdə qlobal və regional təhlükəsizlik, sülhə, təhlükəsizliyə təhdidlər və s. məsələlər diqqət mərkəzində olub. Həmçinin işğal altında olan ərazilərdəki vəziyyətə dair fikir mübadiləsi aparılıb. Bildirilib ki, təhlükəsizliyin təmin olunmasında ABŞ-ın köməyi vacibdir.

Nazirin sözlərinə görə, söhbət zamanı iki ölkə arasında iqtisadi əlaqələr, azad ticarət zonasının yaradılması və digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə