Ölməz sənətkar (VİDEO)

Ölməz sənətkar (VİDEO)
Dahi Müslüm Maqomayevin ölümündən 10 il ötür

Dahi sənətkarın Fəxri Xiyabandakı abidəsi önünə dəstə-dəstə çiçəklər düzülüb. Bu çiçəklər onun sənətinə verilən qiymətin sadə təzahürüdür. 

Çünki bu sənətə əsl qiyməti vermək, dəyər biçmək mümkünsüzdür. Müslüm Maqomayevin səsi, sənəti qiymətsizdir. Elə buna görə də illər keçsə də onun səsi, sənəti unudulmur. Dünya estrada səhnəsindəki yeri dolmur.

Müslüm Maqomayev 1942-ci ildə Bakı şəhərində anadan olub. Birinci dəfə 14 yaşında Dənizçilər klubunda çıxış edən M.Maqomayev ilk uğurunu 1962-ci ildə qazanıb.

Maestro Niyazinin tövsiyəsi ilə tələbə və gənclərin Helsinkidə keçirilən VIII Ümumdünya Festivalına yollanan Müslüm oradan medalla qayıdıb. 

O, XX əsrin 60-cı illərində Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, “La Skala” Milan teatrında təcrübə keçib.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə