Cənubi Qafqazda ilk eşşək ferması - VİDEO

Cənubi Qafqazda ilk eşşək ferması - VİDEO
Eşşək südünün faydaları ilə bağlı fikirlər müxtəlifdir

Bura Azərbaycanda ilk eşşək fermasıdır. 75-80 eşşəyin saxlanıldığı fermanın rəhbərliyi hələlik bazar araşdırması aparır. Araşdırmalardan sonra eşşək südü satışa çıxarılacaq. 

Ferma Bakı ətrafəndakı qəsəbələrdən birində yerləşir. Sosial şəbəkələrdə və mətbuatda süd satışının başlandığı, hətta qiyməti barədə məlumatla yayılsa da, təsərrüfat hələ fəaliyyətə başlamayıb. Hazırda Qida Təhlükəsizliyi Agentliyinə verilmiş süd nümunəsinin laborator müayinəsinin nəticəsi gözlənilir. 

Şirkət nümayəndələri deyir ki, fermanı açmazdan əvvəl dünya təcrübəsini öyrənməyə çalışıblar. 

Şirkət nümayəndələri iddia edirlər ki, ortada biznes maraqları olsa da, həm də eşşək südünə olan tələbatı ödəmək niyyəti var.

Eşşək südünün faydalarına gəlincə, bununla bağlı fikirlər müxtəlifdir. Bəzi məlumatlara görə, bu süd tərkibindəki protein, kalsium, şəkərin miqdanına görə ana südünə ən yaxın süddür. Tərkibində protein və şəkərin miqdarı ana südündəkindən daha çoxdur. Amerika, Braziliya, Çili, Fransa, Almaniya, İtaliya, İngiltərə, Çin və bir çox ölklərdə xüsusi fermalarda bu süddən müxtəlif süd məhsulları hazırlayırlar. Eşşək südünün ən çox satıldığı ölkə Hollandiya və Almaniyadır. İddialara görə, eşşək südü mineral çatmazlığını aradan qaldırır, immun sistemi gücləndirir, xərçəng riskini azaldır, bəlğəmi tamamilə aradan qaldırır, astma xəstəliyinin müalicəsində əhəmiyyəti böyükdür. Bundan başqa, eşşək südündən kosmetoloji məqsədlərlə də istifadə olunurş

Daha çox türkəçarə kimi tanınnan eşşək südü müalicəsini peşəkar həkimlər qəbul etmir. Həkimlərin fikrincə, eşşək südü müalicəsinin tibblə heç bir elmi bağlılığı yoxdur.

Qeyd edək ki, bir eşşək gün ərzində 100-150 qram süd verir və il ərzində cəmi üç ay sağılır. Dövlət Baytarlıq Xidmətinin baş məsləhətçisi Yolçu Xanvəlinin sözlərinə görə, eşşək ferması bu ilinin yanvarından təsərrüfat subyekti kimi qeydiyyatdan keçib və baytar həkimlər peyvəndləmələr aparıblar. 

Süd verməyən eşşəklərin aqibətinə gəlincə, şirkətdən bildirildi ki, bu barədə dərhal müvafiq qurumlara məlumat veriləcək və onların tövsiyəsi ilə addımlar atılacaq. Hələlik isə bu barədə danışmaq tezdir. Çünki təsərrüfatdakı heyvanlar hələ cavandır.
 

Digər xəbərlər
Dünən
16 Noyabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə