İran Azərbaycanla sərhəddə gömrük nəzarətini artırır

İran Azərbaycanla sərhəddə gömrük nəzarətini artırır
Yeni sistemlə avtomobillər daha dəqiq yoxlanılacaq

Biləsuvar sərhəd-keçid gömrük məntəqəsində X-ray sistemini quraşdırmaqla qaçaqmalçılıq hallarının qarşısı alınacaq.

Trend-in məlumatına görə, bunu İranın Ərdəbil vilayətinin iqtisadi və maliyyə məsələləri üzrə idarəsinin baş direktoru Haşim Müzəffəri deyib.

H.Müzəffərinin sözlərinə görə, hazırda bu sistem Biləsuvar gömrüyündə quraşdırılmaqdadır və onun istifadəyə verilməsi ilə minik və yük maşınları daha dəqiq yoxlanılacaq.

Son vaxtlar İran valyutasının kəskin ucuzlaşması nəticəsində ölkədən benzin və məişət əşyalarının qaçaqmalçılığının artdığı bildirilir.

Digər xəbərlər
Dünən
16 Noyabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə