İstefa verdiyi bildirilən 37 yaşlı hakim: “5 illik səlahiyyət müddətim bitib” - YENİLƏNİB

İstefa verdiyi bildirilən 37 yaşlı hakim: “5 illik səlahiyyət müddətim bitib” - YENİLƏNİB

Hakim Aytən Mirzəzadə istefası barədə məlumatlara münasibət bildirib: “Mən istefa verməmişəm, sadəcə 5 illik səlahiyyət müddətim bitib. Hazırda işdəyəm və icraatımda olan işlərə baxıram”.

***

13.00

Yasamal rayon məhkəməsinin hakimi istefa verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Aytən Mirzəzadə bir müddət əvvəl Məhkəmə Hüquq Şurasına ərizə verərək səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsini istəyib.

MHŞ-nin növbəti iclasında xanım hakimin ərizəsinə baxılacaq. Məlumata görə, A.Mirzəzadə bundan sonra vəkil kimi fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, 37 yaşlı A.Mirzəzadə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr və magistratura pillələrini bitirib. 2005-ci ildən 2010-cu ilədək Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş mərkəzinin mütəxəssisi, aparıcı məsləhətçisi vəzifəsində, daha sonra isə 3 il ərzində Ədliyyə Nazirliyi Qanunvericilik baş idarəsinin inzibati və hərbi normativ aktlar idarəsinin aparıcı məsləhətçisi vəzifəsində işləyib. Son 5 ildə də hakim kimi fəaliyyət göstərib.

Digər xəbərlər
Dünən
16 Noyabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə