Mir Şahinin vaxtı (VİDEO, 21.10.2018)

Mir Şahinin vaxtı (VİDEO, 21.10.2018)

Uzun əsrlər dünyada bir təfəkkür hakim olub. Güclülər zəifləri təsir altında saxlamağa çalışıblar. Buna nail olaraq müstəmləkəçilik fəlsəfəsi yaradıblar. İttifaq da adlandırılıblar, imperiya da. Bir dövlət özünə çox millətləri qatıb, çox xalqları özünküləşdirib. Biz yaşlılar bunu ən azı sovet vətəndaşı təcrübəmizdən bilirik. 15 respublika, otuza yaxın millət, xalq bir dövlətin içinə qatışdırılmışdı, ya tam, ya da qismən əridilmişdi, üyüdülmüşdü.

Bir az uzaqdan başladığımı bilirəm, amma məqsədim var. İzmirdə Azərbaycan və Türkiyə STAR neft emalı zavodu açdı. Bu layihənin iqtisadi dəyərindən, Türkiyə üçün nə kimi, Azərbaycandan ötrü hansı rəqəm-ədəd mahiyyətinə, gəlir-çıxar məzmununa malik olduğundan danışmayacam. Ona görə ki, bütün bunlardan ətraflı bəhs edilib, təkrara varmayaq.

Ortada başqa böyük mətləblər də var. Türkiyə-Azərbaycan münasibətləri dünyada tayı-bərabəri olmayan əlaqələr sistemidir. Burada bir dövlət öz təbii və ya süni üstünlüyündən istifadə edərək o birini asılı, zəif vəziyyətdə saxlamaq barədə düşünmür, əksinə atılan sinxron addımlar hər iki dövlətin daha müstəqil, daha qüdrətli olmasına kömək edir.

“Onlarla millət-bir dövlət yox. Bir millət iki dövlət. Ehtimalda “bir millət daha bir neçə dövlət” perspektivi də  var. Əlbəttə bir sıra türkdilli ölkələrdə dövləti düşüncə öz hövzə mahiyyətindən çıxarsa. Yəni indiki halda iki respublikanın - Türkiyə və Azərbaycanın ilk növbədə dövlət olaraq müstəqilliyinin qorunması, saxlanması prioritetdir. Bəli bir millət iki dövlət. Amma bir millət, həm də iki ayrı-ayrı dövlət!!!

Digər xəbərlər
Dünən
15 Dekabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə