“El-Klassiko” öncəsi Messi zədələndi (FOTO)

“El-Klassiko” öncəsi Messi zədələndi (FOTO)

"Barselona" İspaniya La Liqasının 9-cu turunun "Sevilya" ilə oyununun ilk hissəsində ciddi itki ilə üzləşib.

Kataloniya klubunun hücumçusu Lionel Messi 26-cı dəqiqədə qonaq komandanın yarımmüdafiəçisi Franko Vaskeslə toqquşmadan sonra zədələnib. Yerə düşən zaman sağ dirsəyindən xəsarət alan argentinalı futbolçu oyunu davam etdirə bilməyib və Usman Dembele ilə əvəzlənib.

Qeyd edək ki, Messi komandası 2:0 hesabı ilə öndə olarkən zədələnib. Maraqlıdır ki, buna qədər "Barselona"nın hər iki qolunda onun əməyi olub. 2-ci dəqiqədə Filippe Koutinyoya məhsuldar ötürmə edən forvard 10 dəqiqə sonra özü fərqlənib.

Xatırladaq ki, "Barselona" növbəti oyununu oktyabrın 24-də Çempionlar Liqasında "İnter"ə qarşı keçirəcək. Kataloniyalılar 4 gün sonra isə "El-Klassiko"da "Real"la üz-üzə gələcəklər. Messinin həmin oyunlarda oynayıb-oynamayacağı tibbi müayinədən sonra bilinəcək. (qol.az)

Digər xəbərlər
Dünən
16 Noyabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə