Serbiya dünya çempionu oldu

Serbiya dünya çempionu oldu
İtaliya finalda dayandı

Yaponiyada keçirilən voleybol üzrə dünya çempionatına yekun vurulub.

Mundialın finalında İtaliya və Serbiya kollektivləri üz-üzə gəliblər.

Gərgin idman mübarizəsi şəraitində keçmiş ilk seti Appenin təmsilçiləri öndə başa vurublar. 25-21.

İkinci setdə toparlanmış serbiya seçməsi ümumi hesaba tarazlıq gətirib. 25-14.

Üçüncü hissədə daha dəqiq hücumlar təşkil edən İtaliya voleybolçuları rəqibə cəmi 22 xal veriblər. 25-22.

4-cü setdə Boşkoviçin inamlı oyunu matçın taleyini tay-brekə daşıyıb.

Həlledici hissəni 15-12 hesabı ilə qazanmış Serbiya seçməsi dünya çempionluğunu bayram edib.

Yarışın ali mükafatı Serbiya millisinin kapitanı Maya Oqnyenoviçə təqdim edilib.

Yarımfinalda son olimpiya çempionu olan Çini mübarizədən kənarlaşdırmış İtaliya voleybolçuları isə gümüş medallara qane olublar.

Dünya çempionatında üçüncü yeri Hollandiyanı məğlub etmiş Çin komandası tutub.

Qeyd edək ki, yarışda mübarizə aparmış Azərbaycan yığması ilk mərhələni uğurla keçsə də növbəti mərhələdə mübarizəni dayandırmışdı.

Digər xəbərlər
Dünən
16 Noyabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə