İDDİA: Kaşıkçını öldürmək sifarişini Trampın kürəkəni verib

İDDİA: Kaşıkçını öldürmək sifarişini Trampın kürəkəni verib
CNN-ə müsahibə verən Kastro bu iddianın araşdırılımasını tələb edib

ABŞ prezidenti Donald Trampın kürəkəni və baş müaşviri Cared Kuşnerin Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülən “Washington Post” qəzetinin müxbiri Cemal Kaşıkçı cinayəti ilə əlaqəsi var.

CNN telekanalına müsahibə verən ABŞ Nümayəndələr Palatasının üzvü Caoqin Kastro belə iddia irəli sürüb.

O bildirib ki, iddiasını dəstəkləyən bir sıra dəlillərlər var və bu barədə KİV-də xəbərlər yayılıb.

“Kuşner Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salmana öldürüləcək adamların siyahısını verib. Trampın kürəkəni siyahını ABŞ kəşfiyyatı vasitəsilə vəliəhd şahzadəyə göndərə bilər. Məhəmməd bin Salman da siyahıya uyğun hərəkət edə bilər”, - deyə Nümayəndələr Palatasının üzvü bildirib.

C.Kastro bu iddiaların araşdırılması üçün Konqresə çağrış edib.

Digər xəbərlər
Dünən
16 Noyabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə