Səudiyyə nəhayət ki, etiraf etdi: Kaşıkçı öldürülüb

Səudiyyə nəhayət ki, etiraf etdi: Kaşıkçı öldürülüb

Səudiyyə Ərəbistanının baş prokuroru şeyx Saud əl-Muacib oktyabırın 2-dən yoxa çıxmış səudiyyəli jurnalist Cemal Kaşıkçının ölkənin İstambuldakı konsullugunda yaranmış münagişə zəminində öldüyünü təsdiqləyib.

Krallığın SPA dövlət informasiya agentliyinin yaydığı məlumata görə, rəsmi məlumata əsasən, “jurnalistin yoxa çıxması faktı ilə əlaqədar aparılan cinayət işinin ilkin nəticələrinə görə, Cemal Kaşıkçı konsulluqda olarkən, orada bir neçə nəfər arasında yaranmış münaqışə və dava onun ölümünə səbəb olub”.

Baş prokuror Saud əl-Muacibin sözlərinə görə, hazırda araşdırmalar davam etdirilir və cinayət işi üzrə ölkənin 18 vətəndaşı istintaqa cəlb olunub.

O həmçinin bildirib ki, krallıqda təhlükəsizlik qurumunda yüksək vəzifə tutan və Vəliəhdin müşaviri olan general Əhməd Əsiri və nazir rütbəsində olan krallığın dəftərxanasının müşaviri Saud əl-Kaxtanı vəzifələrindən azad olunublar.

Digər xəbərlər
Dünən
16 Noyabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə