Qələbəyə həsrət “Keşlə”

Qələbəyə həsrət “Keşlə”
“Neftçi” 3 xalı Qəbələdə axtaracaq

Sabah Topaz Premyer Liqasında II dövrəyə start veriləcək. Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən sonra baş tutacaq VIII turun görüşləri iki gün ərzində keçiriləcək.

Dövrənin ilk matçı Qəbələdə baş tutacaq. Qəbələdə ötən mövsümün mükafatçıları “Neftçi”və “Qəbələ” qarşılaşacaq.

Məğlubiyyətsiz irəliləyən Roberto Bordinin komandası liderliyini qorumaq üçün səfərdən də uğurlu nəticə ilə dönməlidi. Altı turdu qalib gələ bilməyən Sənan Qurbanovun yetirmələri isə bu seriyanı qırmağa köklənib.

İlk oyun günü “Qarabağ”ın ev oyunu ilə yekunlaşacaq. Son çempion turnir cədvəlindəki izləyicisi “Səbail”i sınağa çəkəcək. İndiyədək bu rəqibə xal verməyən Qurban Qurbanovun yetirmələri Avropa Liqası oyunu öncəsi qələbə qazanmaq əzmindədi. Aftandil Hacıyevin komandası isə uğursuz startdan sonda əldə etdiyi mövqeyi qorumaq üçün mübarizə aparacaq.

İkinci oyun günü “qonşular”ın dueli ilə başlayacaq. Eyni xala malik “Sumqayıt”la “Sabah” növbəti xallar üçün “döyüşəcək”. Nazim Süleymanovun yetirmələri ilk dövrədə darmadağın etdiyi rəqibə yenə şans verməməyə çalışacaq. Elşad Əhmədovun komandası isə turnir cədvəlində irəliləmək üçün qalib gəlməlidi.

I dövrənin uğursuzları “Keşlə” və “Zirə” “ASK Arena”da üz-üzə gələcək. İlk qələbəsini ötən tur qazanan Samir Abasovun yetirmələri təhlükəli zonadan uzaqlaşmaq üçün növbəti uğurunu qazanmalıdı. “Keşlə” isə hələ də qələbə həsrətindədi.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə