Türkiyə təkzib etdi: ABŞ-a səsyazısı verilməyib

Türkiyə təkzib etdi: ABŞ-a səsyazısı verilməyib
Kaşıkçı işi ilə əlaqədar istintaq davam edir

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Səudiyyə Ərəbistanı konsulluğunda itkin düşən jurnalist Cemal Kaşıkçının işi ilə bağlı Amerika hökumətinə heç bir səsyazısı vermədiklərini bildirib.

Qeyd edək ki, Amerika mətbuatı rəsmi Ankaranın əlində belə bir dəlil olduğunu xəbər vermişdi.

Türkiyədə hesab edirlər ki, Cemal Kaşıkçının qətlində şübhəli bilinən şəxslərin vəliəhd şahzadə Məhəmməd bin Salmanla əlaqəsi var. Əksər nəşrlər Kaşıkçının öldürüldüyünü və ətraflarının kəsildiyini yazır. Bu versiya Türkiyə rəsmiləri tərəfindən nə təsdiq, nə də təkzib olunur.

Xatırladaq ki, Kaşıkçı oktyabrın 2-də Türkiyədəki konsulluğa daxil olduqdan sonra geri qayıtmayıb. “Vaşinqton Post”un müxbiri olan Kaşıkçı Səudiyyə Ərəbistanı hökumətinin sərt tənqidçisi kimi tanınırdı.

Digər xəbərlər
Dünən
16 Noyabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə