“Star”ın açılış mərasimi – VİDEO, FOTO

“Star”ın açılış mərasimi – VİDEO, FOTO

Türkiyənin İzmir şəhərində SOCAR-ın inşa etdiyi “Star” neft emalı zavodunun açılış mərasimi başlayıb.

Zavodun açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan edir.

Açılışda həmçinin hər iki ölkənin dövlət və hökumət nümayəndələri də iştirak edir.

“Star” zavodu Türkiyədə özəl sektora yatırılan ən bahalı investisiya layihəsi olmaqla yanaşı həm də 20 zavodu özündə birləşdirir. 

“Star” neft emalı zavodu İzmir şəhərinin sənaye bölgəsində 281 hektar ərazini əhatə edir.

“Star” neftayırma zavodu 5 milyon ton dizel yanacağı istehsal etmək imkanına malikdir və Türkiyənin idxalının 40 faizə düşməsinə səbəb olacaq.

“Star” neft emalı zavodunda hər il 10 milyon ton xam neft emal ediləcək. Zavodda ildə 1,6 milyon ton nafta, 1,6 milyon ton təyyarə yanacağı, 4,8 milyon ton az kükürdlü dizel yanacağı, 700 min ton neft koksu, 420 min ton qarışıq ksilen, və 160 min ton kükürd istehsal olunacaq.

Digər xəbərlər
Dünən
16 Noyabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə