Tramp Meksika ilə sərhədi bağlamaqla hədələdi

Tramp Meksika ilə sərhədi bağlamaqla hədələdi

ABŞ Prezidenti Donald Tramp Qvatemala, Honduras və Salvador kimi ölkələrdən Birləşmiş Ştatlara qaçqın axını azalmasa, hərbçiləri göndərərək Meksika ilə sərhədi bağlayacağını bildirib.

Donald Trampın sözlərinə görə, bu ölkələrin liderləri çox sayda insan axınının, o cümlədən bir çox cinayətkarın Meksikanı keçərək ABŞ-a gəlməsinin qarşısını almaq üçün heç bir addım atmır. Görünür, onlar öz ölkələrinin əhalisinə nəzarət etmirlər.

“Mən bu təzyiqin dayandırılmasını Meksikadan ciddi şəkildə xahiş etməliyəm. Əgər onlar bunu etməsələr, mən ABŞ Silahlı Qüvvələrinə müraciət etməli və cənub sərhədimizi bağlamalıyam”, - ABŞ prezidenti özünün “Twitter” səhifəsində belə yazıb.

Donald Tramp, həmçinin “öz əhalisinə nəzarət etməyən” bu üç ölkəyə göstərilən yardımları dayandırmaq niyyətində olduğunu da bildirib.

Digər xəbərlər
Dünən
16 Noyabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə