Atletlərimiz Avropa birinciliyində (VİDEO)

Atletlərimiz Avropa birinciliyində (VİDEO)
Qitə miqyaslı yarışa 8 həmyerlimiz yollanıb

20 və 23 yaşadək ağır atletlərdən ibarət komandalarımız Polşada keçiriləcək Avropa çempionatında mübarizə aparacaq. Qitə birinciliyində körpücük üzərinə 8 idmançımız çıxacaq.

20 yaşadək oğlanların mübarizəsində yalnız Rüstəm Qasımov bacarığını nümayiş etdirəcək. Qızların yarışında isə məşqçilər heyəti Səbinə Əzimovaya şans verəcəklər.

23 yaşadək oğlanların yarışında Məhəmməd Məmmədli və Paşa İbrahimli ölkəmizin idman şərəfini qoruyacaq.

Bu yaş kateqoriyasında 4 qadın atletimiz ümidləri doğrultmağa səy göstərəcək. Mərziyyə Məhərrəmova 48 kiloqramda ümidləri doğrultçalıdır.

58 kiloqram çəki dərəcəsində Gülçin Əlizadə qüvvəsini sınayacaq. 63 və 69 kiloqram çəki dərəcələrində müvafiq olaraq Firuzə İbrahimova və Elnarə Abbasova mükafatlara iddialıdır.

Qeyd edək ki, Avropa birinciliyində 40-dək ölkədən 393 atlet iştirak edəcək.

Digər xəbərlər
Dünən
16 Noyabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə