Olimpiadanı 6 medalla başa vurduq - Argentinada himnimiz 2 dəfə səsləndi

Olimpiadanı 6 medalla başa vurduq - Argentinada himnimiz 2 dəfə səsləndi

REAL-ın məlumatına görə, yeniyetmə idmançılarımız Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilmiş III Yay Olimpiya Oyunlarını 6 medalla başa vurub.

Olimpiadaya yollanmış 17 idmançımızdan 2-si qızıl, 1-i gümüş, 3-ü isə bürünc medal qazanıb. 

Cüdoçu Vüqar Talıbov və sərbəst güləşçi Turan Bayramov yarışın ali mükafatına yiyələnib. Ağır atletimiz Tarmenxan Babayev gümüş, taekvondoçu Cavad Ağayev, boksçu Nurlan Səfərov və qadın güləşçi Şahanə Nəzərova bürünc medala sahib olub. Gimnnatstika yarışlarında mübarizə aparmış Yelizaveta Luzan isə Beynəlxalq Olimpiya Komitəsinin qarışıq komandasının tərkibində qızıl medal qazanıb. Bu səbəbdən də onun medalı ümumi sıralamada öz ölkəmizin aktivinə daxil edilməyib. Bu nəticə ilə Azərbaycan komandası medal əyarına görə 208 ölkə arasında 31-ci, medal sayında isə 37-ci yerdə qərarlaşıb. Xatırladaq ki, Azərbaycan idmançıları 201-ci ildə təşkil olunmuş Sinqapur olimpiadasında 8, 2014-cü ildə baş tutmuş Nankin olimpiadasında 12 medal qazanmışdılar.

Digər xəbərlər
Dünən
16 Noyabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə