İbrahim Şehiç “Qalatasaray”a keçə bilər

İbrahim Şehiç “Qalatasaray”a keçə bilər

Türkiyənin "Qalatasaray" klubu "Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiçi heyətinə qata bilər.

Sporx.com xəbər verir ki, Bosniya və Herseqovina millisinin də şərəfini qoruyan 30 yaşlı qolkiper hazırkı klubu "Erzurumspor"da maaşını ala bilmir və qış "transfer pəncərəsi"ndə komandanı tərk etmək niyyətindədir.

Şehiçin komandadan ayrılacağı təqdirdə, "Qalatasaray"ın onun keçidi üçün danışıqlara başlayacağı iddia olunur. İstanbul təmsilçisi bosniyalı oyunçudan ikinci qapıçı kimi yararlanmaq istəyir.

Qeyd edək ki, 2013-2018-ci illərdə “Qarabağ”ın formasını geyinən İbrahim Şehiç azad agent kimi "Erzurumspor"a keçib.

Digər xəbərlər
Dünən
16 Noyabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə