“Formula 1” biletləri satışda (VİDEO)

“Formula 1” biletləri satışda (VİDEO)
Yerli azarkeşlər endirimlərdən faydalanacaq

Gələn il Bakıda keçiriləcək formula 1 üzrə Azərbaycan qran-prisinin biletləri satışa çıxarılıb.

İlkin mərhələdə biletlər yerli azarkeşlərə 20 faiz endirimlə satılacaq. Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Kommersiya şöbəsinin rəhbəri Bülent Özerdimin sözlərinə görə endirim müddəti yanvar ayının 1-nə kimi davam edəcək.

İlkin endirimlə yanaşı yerli formula 1 həvəskarları əlavə olaraq 25 faizlik endirimdən faydalana biləcək.

Uşaqlara satılan biletlərə isə 30 faiz həcmində güzəşt tətbiq olunacaq. İlkin endirim kampaniyası dövründə yerli sakinlər üçün 4 günlük biletlərin qiyməti tribunalardan asılı olaraq, 190 - 660 manat arasında dəyişir. Azyaşlılar üçün bu rəqəm 130 - 470 manat təşkil edir.

4-cü Azərbaycan qran-prisində ayaqüstü zonalar üçün biletlərin qiyməti 80 - 160 manatdır. Yerli azarkeşlər biletləri yarışın rəsmi internet saytından və şəhərin müxtəlif bilet satış məntəqələrindən əldə edə bilərlər.

Bilet satışı ilə yanaşı Formula 1 yarışlarının növbəti 5 il ərzində Azərbaycanda təşkili məsələsi də gündəmdədir. Əməliyyat Şirkətinin Marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarainin sözlərinə görə tərəflər müqavilə müddətinin artırılmasında maraqlıdır.

Qeyd edək ki, növbəti Azərbaycan Qran Prisi 26 - 28 aprel tarixlərində təşkil olunacaq.

Digər xəbərlər
Dünən
16 Noyabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə