Mir Şahinin vaxtı (VİDEO, 14.10.2018)

Mir Şahinin vaxtı (VİDEO, 14.10.2018)

Azərbaycan gücləndikcə onunla rəqabətdə olan, ölüm-dirim mübarizəsi aparan qüvvələrin, dövlətlərin mütəşəkkil müqavimət, hücum kombinasiyaları da təkmilləşir. Yaşına görə yüngül, başına görə ağır olan bu kiçik Qafqaz respublikasının iddia və imkanları artıq onun hədəflərinin heç də zarafat xarakteri daşımadığına açıq işarə vurur.

Bir neçə gündən sonra müstəqilliyinin 27-ci ilini qeyd edəcək ölkə hər il daha hündür, daha ağır dalğalar dəf edir. Biz Prezidentin hökumətlə 9 aylıq hesabat görüşünü şərh edəcəyik təbii ki, amma İlham Əliyevin hesabatda açıq toxunmadığı məsələlər ətrafında dayanacağıq.  Və o mövzular müxtəlif dairlərəin ən ciddi provakativ təşəbbüs və diversiya cəhdlərinə mobil reaksiya verən İlham Əliyevin ayrı-ayrılıqda və küll halında hərəkətlərini əks etdirir.

Bu baxımdan Azərbaycandan ötrü 2018-ci ilin 9 ayı xüsusilə ağır sınaqlar dövrü oldu. Səhlənkarlıq  zülməti də oldu, terror alovu da... Ölkə xaricdən körüklənən təhdidlərlə də rastlaşdı, provakasiya ocaqları ilə də. Dövlət eyni zamanda bir neçə cəbhədə mübarizə aparmalı oldu.  Müxtəlif cinahlardan və ən fərqli üsullarla baş verən basqınlardan Azərbaycan müvazinətini itirmədən çıxdı.

Prezident Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası hər ilin təxminən eyni vaxtına təsadüf etməsinə baxmayaraq özündən əvvəlkilərdən əhəmiyyətli  dərəcədə fərqlənirdi. Təbii ki, iclas hesabat xarakterli idi.  Hökumətin gördüyü işlərin geniş siyahısı təqdim olunurdu. Amma burda eyni zamanda Prezidentin də hesabat  verdiyi nəzərə çarpırdı. Və nazirlər Prezidentə, İlham Əliyev isə xalqa hesabat verirdi.

Bu həftə hökumətin hesabatı bütün kütləvi informasiya vasitələrində, televiziya kanallarında, sosial şəbəkələrdə geniş müzakirə edildi deyə biz mövzunu tamam başqa səmtdən təhlil edəcəyik.  Yəni statistikadan yayınacaq, ayrı-ayrı parçalar üzərində dayanmayacağıq. Ona görə ki, bunu Prezident son dərəcə pəeşəkar şəkildə edib və orijinaldan yaxşı ola biləməyəcəyimizin fərqindəyik. Biz gəlin öz işimizi görək.  İlham Əliyev həm də Azərbaycanın dostlarına, opponentlərinə, düşmənlərinə səslənirdi. Elə buna görə də Prezident çıxışına sətiraltısız, eyhamsız başlamışdı. Bu adi, siyasi partiya və müasir təsərrüfat fəallrının çıxışı ilə əlamətdar olacaq növbəti yığıncaq deyildi. Dövlət başçısı həm hökumətin, həm də gündəliyin prioritetini açıq elan etdi.

Digər xəbərlər
Dünən
15 Dekabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə