Ərdoğan Türkiyə ordusunun Münbiçə girəcəyini bəyan etdi

Ərdoğan Türkiyə ordusunun Münbiçə girəcəyini bəyan etdi

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın Münbiç şəhərində Türkiyə ordusu tərəfindən hərbi əməliyyatların həyata keçiriləcəyini bəyan edib.

Bu barədə TRTHaber telekanalı məlumat yayıb.

R.T.Ərdoğan bildirib ki, terrorçular Münbiç şəhərində müdafiə məqsədi ilə xəndəklər qazmağa başlayıblar.

“Biz bu xəndəkləri onlara məzar edəcəyik. Terrorla mübarizədə yuvlarına girəcəyik. Hara qaçırlarsa, qaçsınlar, bu millətə xəyanət edəni tapıb məhv edəcəyik. Atdığımız qərarlı addımlar sayəsində Cerablus, Əl Bab, Afrindən İraqın şimalına, Cudidən Qabara, Tendürekə qədər ərazilərdə təhlükəsizlik qüvvələrimiz terrorçulara qan qusdurur. İndi isə terrorçular Münbiçdə xəndəklər qazırlar. Bu nə deməkdir? Biz məzarı hazırladıq, gəlin dəfn edin - deməkdir. Münbiçə də girəcəyik. Bizə söz vermişdilər ki, 90 gün ərzində buranı tərk edəcəklər, amma getmədilər. İndi biz nə lazımdırsa, onu da edəcəyik”, - deyə R.T.Ərdoğan bildirib.

Türkiyə prezidenti həmçinin bəyan edib ki, Fərat çayının şərqindəki terrorçu qruplaşmaların yuvaları da darmadağın ediləcək.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə