ABŞ-Çin ticarət gərginliyi

ABŞ-Çin ticarət gərginliyi
Gərginlik digər ölkələrə də təsir edəcək

Amerika Birləşmiş Ştatları ilə Çin arasında olan “ticarət müharibəsi” bu müharibədən kənarda qalan günahsız ölkələrə də mənfi təsir edəcək.

Bunu Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqard dünya iqtisadiyyatının hazırkı vəziyyətini şərh edərkən deyib.

Kristin Laqard İndoneziyanın Bali adasında Beynəlxalq Valyuta Fondu ilə Dünya Bankı arasında keçirilən illik görüşdə çıxış edib.

Kristin Laqard tərəfləri böhranı daha da gərginləşdirməyə çağırıb:

“Ticarət əlaqələrindəki hazırkı və gələcəkdə yaşana biləcək gərginlik dünya iqtisadiyyatına mənfi təsir göstərəcək. Bir neçə gün əvvəl bu barədə fondun baş iqtisadçısı Mori Obstfeldlə də müzakirə aparmışıq. Ticrarət gərginliyindən, eyni zamanda, kənarda qalan günahsız ölkələr də əziyyət çəkə bilər. Ola bilsin ki, kənardakı ölkələrin problemə heç bir aiddiyyatı yoxdur, lakin onlar, istənilən halda, təklif zəncirinin üzvləridir, xam mal istehsalı prosesinin bir tərkib hissələridir. Tövsiyəm sadədir və 3 sözdən ibarətdir: gərginliyi azaldın, sistemi düzəldin və pozmayın”.

Qeyd edək ki, Amerika Birləşmiş Ştatları ilə Çin bir-birinə qarşı idxal rüsumlarını artırıblar. Rəsmi Vaşinqton 250 milyard dollar həcmində Çin məhsulları üzərində idxal rüsumlarını qaldırıb. Çin isə, Ağ Evin bu addımına müvafiq qarşılıq verib.

Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp Çinlə ticarət defisitini məhdudlaşdırmaq məqsədilə belə bir addım atdığını deyir. Bundan başqa, Tramp bununla ABŞ biznes dairələrinin əqli mülkiyyətini qoruduğunu bildirib.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə