Bədxərc bankir arvadı (VİDEO)

Bədxərc bankir arvadı (VİDEO)
Zamirə Hacıyevanın Londondakı çoxmilyonluq mülklərinə həbs qoyulub

Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri, hazırda həbsdə olan Cahangir Hacıyevin arvadı Zamirə Hacıyevanın Londonda aldığı mülklərə həbs qoyulub. İki gündür bütün Britaniya mediası, o cümlədən beynəlxalq KİV-lər bu məsələdən yazır. Çünki Zamirə Hacıyeva Böyük Britaniyada ötən il qəbul edilən və korrupsiya yolu ilə əldə edilmiş pullar hesabına bu ölkədə əldə edilmiş aktivlərin müsadirəsini nəzərdə tutan qanunun tətbiq edildiyi ilk əcənəbidir.

Lakin Zamirə tək deyil. Hazırda Böyük Britaniyanın cinayətkarlıqla mübarizə Agentliyi 140-a yaxın xarici vətəndaşlar-hazırda vəzifədə olan yüksək vəzifəli məmurlar və oliqarxlar barədə araşdırma aparır. Onların əksəriyyəti Rusiya vətəndaşlarıdır.

Bu ilin iyulunda məhkəmə mənbəyi qaranlıq gəlirlər hesabına əldə edilmiş aktivlərin müsadirəsinə imkan verən qanun çərçivəsində Zamirə Hacıyevanın 22.5 milyon funt sterlinq dəyərində iki mülkünə həbs qoyanda keçmiş bankirin arvadı bu qərardan apellyasiya verib. Lakin ötən həftə London Yüksək Məhkəməsində şikayət rədd edilib.

Məhkəmə çəkişməsi Zamirə Hacıyevanın Londondakı dəbdəbəli yaşayışının detallarını üzə çıxarıb. Məlum olub ki, təkcə 2006-2008-ci illərdə, yəni ərinin Azərbaycan Beynəlxalq Bankına rəhbərlik etdiyi dövrdə çoxsaylı kredit kartlarından, Beynəlxalq Banka aid 35 kartdan 16.3 milyon sterlinq pul xərcləyib. Bu pulların 1500 funtu bir gündə “Harrods” univermağında xərclənib, Zamirə bu univermağın daimi müştərisi olub.

Habelə məhkəmə araşdırması zamanı müəyyən olunub ki, Zamirə “Cartier” və “Boucheron” brendlərindən olan zinət əşyalarına, Londonda elit mülklərə, habelə “Gulfstream 550” tipli özəl təyyarəyə malikdir.

Zamirə Hacıyevanın müsadirə olunan 11.5 milyon dollarlıq mülkü Naytsbricdə yerləşir, 2009-cu ilin dekabrında “Vicksburg Global” adlı şirkət tərəfindən alınıb. Həmin şirkət Britaniya Virgin adlarında qeydiyyatdan keçib. Benefisiarı Z.Hacıyevadır. 

Qeyd edək ki, Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri, hazırda həbsdə olan Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva bankirin həbsindən 1 il öncə ölkədən gedib. Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib axtarış elan olunub.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə