Faiq Qarayev istefa verdi

Faiq Qarayev istefa verdi
Baş məşqçi ilə yanaşı Natalya Məmmədova millidəki karyerasını başa vurub

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Faiq Qarayev məşqçilik karyerasını başa vurub.

Bu barədə REAL-a Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, bu, 59 yaşlı təcrübəli mütəxəssisin səhhətində yaranan ciddi problemlə bağlıdır.

F.Qarayev komandalarımıza və yeni nəslə məsləhətlərini Azərbaycan Voleybol Federasiyasının I vitse-prezidenti kimi verəcək.

AVF-dən verilən məlumata görə, voleybolçu Natalya Məmmədova da bundan sonra yığmanın heyətində yer almayacaq.

Karyerasını Qazaxıstanda davam etdirəcək ulduz oyunçu Yaponiyada milli ilə vidalaşıb və bundan sonra əsas komandanın formasını geyinməyəcəyini açıqlayıb. O, bu qərarını gənc nəslə yol açması ilə əlaqələndirib.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə