Paşinyan: İlham Əliyevlə bir neçə məsələyə dair razılığa gəlmişik

Paşinyan: İlham Əliyevlə bir neçə məsələyə dair razılığa gəlmişik

“Prezident İlham Əliyevlə bir neçə məsələyə dair razılığa gəlmişik”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan “France 24” telekanalında müsahibəsində deyib.

Paşinyan bildirib ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar prosesini dəyişdirmək məsələsini gündəmə çıxarmayıb.

“Danışıqlar prosesi ATƏT-in Minsk Qrupu həmsədrliyi çərçivəsində davam etməlidir”, - Paşinyan deyib.

Paşinyan müsahibəsində Azərbaycan prezidenti İlham Əliyevlə MDB ölkələrinin sammitindən kənar keçirdiyi görüşünə də toxunub.

O deyib ki, tərəflər təkcə münaqişənin nizamlanması variantlarını deyil, eyni zamanda, problemin sülh yolu ilə həlli üçün münasib atmosferin yaradılmasını müzakirə ediblər.

“Əgər problemin sülh yolu ilə həlli üçün münbit mühit yoxdursa, münaqişənin nizamlanmasından danışmaq olmaz. Biz təmas xəttində gərginliyi azaltmaq üçün bir neçə məsələyə dair razılığa gəldik” – deyə Paşinyan əlavə edib.

Xatırladaq ki, sentyabrın 28-də Düşənbədə MDB dövlət başçıları Şurasının iclasında Ermənistan baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında qısa söhbət olub.
Prezidentin Mətbuat Xidmətinin yaydığı məlumata görə tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına, tərəflərin təmas xəttində və Ermənistan ilə Azərbaycan arasındakı sərhəddə insidentlərin qarşısının alınması üçün atəşkəs rejiminin möhkəmlənməsinə dair danışıqlar prosesinə sadiq olduqlarını bildiriblər.

Tərəflər müvafiq strukturlar arasında operativ əlaqə qurulması üçün mexanizmlərin yaradılmasını qərara alıblar.

Digər xəbərlər
Bu gün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə