Dünyanın gözlədiyi məhkəmə (VİDEO)

Dünyanın gözlədiyi məhkəmə (VİDEO)
Sabah rahib Endryu Branson hakim qarşısına çıxacaq

Sabah İzmirdə ev həbsində saxlanılan amerikalı rahib Endryu Bransonun məhkəməsi keçiriləcək. Vaşinqton bu məhkəmədə Bransonun azadlığa buraxılacağına ümid edir.

ABŞ dövlət katibi Mayk Pompeo rahibin məhkəməsi ilə bağlı açıqlama verib: "Rahibi sərbəst buraxmaq ən doğrusu olar. Rahibin sərbəst buraxılması ABŞ-Türkiyə əlaqələri baxımından da əhəmiyyətli bir addım olacaq".

Qeyd edək ki, 20 ildən çoxdur İzmirdə yaşayan amerikalı rahib E.Branson 2016-cı ildə dövlət çevrilişinə cəhd zamanı FETÖ-yə yardım etməkdə və PKK-ya dəstək verməkdə ittiham olunaraq həbs edilib. Bu il iyulun 25-də isə ev dustağı edilib. ABŞ bunu səbəb göstərərək Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə