Parklanma qaydalarının pozulmasına görə cərimələr artırılır - EKSKLÜZİV

Parklanma qaydalarının pozulmasına görə cərimələr artırılır - EKSKLÜZİV
İnzibati xəta təkrarlandıqca cərimə məbləği artacaq, sonra sürücülük hüququna xitam veriləcək

Azərbaycanda avtomobillərin parklanma qaydalarını pozmasına görə cərimələr artırılacaq. REAL-ın əldə etdiyi məlumata görə, bununla bağlı təkliflər hazırlanır. 

İlkin niyyət ay ərzində ilk inzibati xətaya görə 50 manatlıq cərimənin tətbiq olunmasıdır. Ay ərzində eyni inzibati xəta təkrarlandıqca, cərimə məbləği də artacaq və sonda sürücünün sürücülük hüququ məhdudlaşdırılacaq. 

Qeyd edək ki, Nazirlər Kabineti "Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə"yə bir sıra əlavələr edib. Bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb. Qərara əsasən Bakı şəhərinin inzibati ərazisində İnzibati Xətalar Məcəlləsinin 346.1-ci və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsinin yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə həmin Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda nəqliyyat vasitələrinin müvəqqəti olaraq saxlanılması üçün mühafizə olunan duracaqlar Bakı Nəqliyyat Agentliyi tərəfindən təşkil ediləcək. Məcəllənin 346.1 və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə bu Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda, inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar tərtib edilir və nəqliyyat vasitəsi mühafizə edilən duracağa aparılır.
 

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə