Dini liderlər Astanada toplandı (VİDEO)

Dini liderlər Astanada toplandı (VİDEO)
Astanada VI ənənəvi din liderlərinin qurultayı keçirilir

Bu gün Qazaxstanın Paytaxtı Astana Sülh Platformasına çevirilib. Astanada dünya və ənənəvi dini liderlərin VI Qurultayı işə başlayıb.

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin, Serbiya Prezidenti Aleksandr Vuçiçin, dini liderlərin, beynəlxalq təşkilatların rəhbərlərinin, görkəmli siyasi, elmi və ictimai xadimlərin iştirak etdiyi qurultayda Azərbaycanı MDB Dinlərarası Şurasının həmsədri və MDB müsəlmanları Məşvərət Şurasının sədri, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

Qurultayda 46 ölkədən 82 nümayəndə iştirak edib.

Dinlərarası dialoqa verdikləri töhfələrə görə bir sıra dini liderlərə medallar verilib. Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə “Şapaqat” medalı ilə təltif olunub.

“Dini liderlər təhlükəsiz dünya uğrunda” mövzusunda təşkil olunan Qurultay çərçivəsində oktyabrın 11-də "Manifest" Sülh. XXI əsr: qlobal təhlükəsizliyin konsepsiyası", "Geosiyasətdə dəyişən dinlər: bəşəriyyətin birləşməsi üçün yeni imkanlar", "Din və qloballaşma: çağırışlar və cavablar", "Dini liderlər və siyasətçilər: ekstremizmin və terrorizmin aradan qaldırılması" kimi tematik istiqamətlərdə plenar iclaslar keçiriləcək.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə