Lukaşenko Belarusun Rusiyanın tərkibinə qatılması haqda

Lukaşenko Belarusun Rusiyanın tərkibinə qatılması haqda

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanın bu ölkədəki yeni səfiri Mixail Babiç ilə görüşüb və ikitərəfli münasibətləri müzakirə edib. Bununla bağlı BELTA agentliyi məlumat yayıb. 

“Bilirsiniz ki, biz müstəqil və suveren dövlətik. Əgər açıq desək, bunu təkcə xalqımızın göstərdiyi səylərlə əldə etməmişik. Rusiyanın ovaxtkı rəhbərliyi də bunu istəyib. İndiki rəhbərlik də həmin kursu davam etdirir. 

XXI əsrdə Belarusun Rusiyanın tərkibinə qatılması ilə bağlı danışmaq gülməlidir. Və mən bir dəfə də olsun, bunu Rusiya prezidentinin adından eşitməmişəm”, - Lukaşenko bildirib. 

O əlavə edib ki, Belarus xalqı Rusiyaya yaxın tərəfdaş kimi baxır. (Oxu.Az)

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə