Pul mübadiləsi üçün yeni imkanlar (VİDEO)

Pul mübadiləsi üçün yeni imkanlar (VİDEO)
MBNP valyutadəyişmə məntəqələrinin sayını artırır

Valyutadəyişmə məntəqələrinə lisenziya verilməsi ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən işlər aparılır.

Bu barədə REAL TV-yə Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətinin rəhbəri Elşən Allahverdiyev məlumat verdi.

Elşən Allahverdiyevin sözlərinə görə, “Valyuta tənzimi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə” 2017-ci ildə Qanununun tətbiqi haqqında Prezidentin Fərmanı ilə müəyyən edilmiş valyuta mübadiləsi fəaliyyətini tənzimləyən bütün normativ xarakterli hüquqi aktlar hüquqi qüvvəyə mindikdən sonra valyuta mübadiləsi fəaliyyətinə lisenziyanın verilməsi prosesinə başlanacaq.

Ekspertlər isə belə hesab edirlər ki, valyutadəyişmə məntəqələrinin bərpasının bir neçə müsbət tərəfləri olacaq.

Ən əsası valyuta bazarında rəqabətin güclənməsinə şərait yaranacaq, eyni zamanda valyutanın alınıb satılması ilə bağlı da proses asanlaşacaq.

Xatırladaq ki, 2016-cı ilin yanvarından Azərbaycanda valyuta mübadiləsi məntəqələri yalnız bankların və poçt bölmələrinin nəzdində fəaliyyət göstərə bilərdilər.

Qaydalara əsasən, xarici valyutanın mübadiləsi vaxtı 500 və daha çox məbləğdə dollar satan, eləcə də 10 min və daha çox məbləğdə dollar alan fiziki şəxslər məcburi surətdə şəxsiyyət vəsiqəsi təqdim etməlidirlər.

Digər xəbərlər
Bu gün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə