Döyüşdən sonrakı döyüşə görə Makqreqor da cəzalandırıla bilər

Döyüşdən sonrakı döyüşə görə Makqreqor da cəzalandırıla bilər

İrlandiyalı qarışıq üslub (MMA) döyüşçüsü Konor Makqreqor döyüşdən sonra baş verən kütləvi qarşıdurma zamanı Həbib Nurməhəmmədovun komanda üzvünə zərbə vurduğu üçün cəzalandırıla bilər.

Bu barədə insidentin təhqiqatı ilə məşğul olan Nevada ştatının Atletika komissiyasının (NSAC) sədri Entoni Marnell deyib.

Bir qədər əvvəl komissiya təhqiqat sona çatana qədər Nurməhəmmədovun qonorarının ödənişini dondurmuşdu. Lakin indi NSAC irlandiyalı döyüşçünü də təhqiqata cəlb etmək niyyətindədir. Belə ki, insident zamanı çəkilən videoda Makqreqorun rusiyalı idmançının komanda üzvlərindən birinə zərbə endirdiyi aydın görünür.

Həbib Nurməhəmmədovun məsələsinə gəldikdə isə, komissiya ştatın baş prokurorluğunun tövsiyəsini nəzərə alacaq.

“Həbibi cərimə və kənarlaşdırma gözləyir – həmişə belə olur, lakin mən komissiyanın baş prokurorluğun tövsiyələrini nəzərə alacağını düşünürəm. Qaydalar var, nəticələri isə döyüşçünün fəaliyyətinə uyğun olacaq”, - deyə sədr əlavə edib.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə