Mir Şahinin vaxtı (VİDEO, 07.10.2018)

Mir Şahinin vaxtı (VİDEO, 07.10.2018)

İstiyirəm ki, bu gün Azərbaycanın kənardan, bir az uzaqdan necə göründüyündən danışaq. Belə bir imkanımız oldu. Deməli, bu həftə  Çeçenistanın paytaxtında Qroznı şəhərinin 200 illiyi ilə bağlı tədbir keçirilirdi. Azərbaycan nümayəndə heyətini səfər zamanı REAL müşayiət edirdi. Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə və mədəniyyət naziri Əbülfəs Qarayevlə yanaşı bir sıra millət vəkilləri də mərasimə dəvətli idi. Amma məqsədim heç də səfər xronikası vermək deyil. Vurğulamaq istədiyim mətləb var.

Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə və Mədəniyyət naziri Əbülfəs Qarayev. Biri dinin, ilahiyyatın təcəssümü, o birisi isə dünyəviliyin, planetar mənəvi dəyərlərin elçisi. Və onlar Çeçenistana gəlmişdilər. Rusiya Federasiyasının o subyektinin paytaxtına ki, orda dini qaydalar dövlət qanunlarından heç də az təsir gücünə malik deyil. Bəzi hallarda isə daha nüfuzedicidir. Çeçenistanın başçısı Ramzan Kadırov Hacı Allahşükür Paşazadəni də, Əbülfəs Qarayevi də ehtiramla qarşıladı. 200 illik tədbirin proqramı çox sıx olduğundan belə bir görüş yalnız Azərbaycan nümayəndələri üçün idi.

Yubileyin əsas mərasiminə isə biz bir az tez getmişdik. Gözləməli olduq. Kadırov tək deyildi, onunla bərabər ərəb dövlətlərinin yüksək çinli qonaqları da var idi. O özü və ali qonaqlar üçün xüsusi hazırlanmış lojaya qalxmalıydı. Amma ayaq saxladı. Yalnız Bütün Qafqazın Şeyxini, Azərbaycanın mədəniyyət nazirini özündən irəli buraxmağa razı salandan sonra yerinə keçdi.

İndi isə vurğulamaq istədiyim mətləbə gəlirəm. Mahiyyət etibarilə fərqli dünyagörüşlərin daşıyıcıları olan Bütün Qafqazın Şeyxinə də, mədəniyyət nazirinə də Şimali Qafqazın lider dövlətinin münasibəti Azərbaycanın Qafqaz siyasətinə görə idi. Əbülfəs Qarayevin Prezident İlham Əliyevin Qroznının 200 illiyinə ünvanladığı təbrikini REAL birbaşa yayımladı.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə