Nurməhəmmədov və Makqreqorun döyüşündən sonra zalda kütləvi dava olub

Nurməhəmmədov və Makqreqorun döyüşündən sonra zalda kütləvi dava olub

Qarışıq döyüş növlərinin (MMA) UFC kateqoriyası üzrə ən güclü idmançılar hesab edilən rusiyalı Həbib Nurməhəmmədov və irlandiyalı Konor Makqreqor arasındakı döyüşdən sonra zalda qalmaqal yaşanıb.

Hakimlər 4-cü raundda rusiyalı döyüşçünün qələbəsini qeydə alıblar. H.Nurməhəmmədov 4-cü raundda boğucu fənd işlədib və bundan sonra K.Makqreqor təslim olub.

Beləliklə, Nurməhəmmədov yüngül çəkidə öz UFC çempionu titulunu qoruyub.

Döyüşdən sonra zalda qalmaqal baş verib. İrlandiyalı idmançının tərəfdarlarından birinin zaldan Nurməhəmmədova söz atmasından sonra rusiyalı samboçu rinqi tərk edərək azarkeşlə əlbəyaxa olub. Eyni zamanda, rinqdə Nurməhəmmədovun mühafizəçilərindən biri ilə Makqreqor arasında əlbəyaxa dava baş verib. Bütün bunlardan sonra irlandiyalı döyüşçü soyunub-geyinmə otağına aparılıb.

Sonda qalib Həbib Nurməhəmmədov elan olunsa da, ona çempion kəməri təqdim edilməyib.

Qeyd edək ki, bu, Nurməhəmmədovun karyerası ərzində keçirdiyi 27 döyüşdə qazandığı 27-ci qələbədir. O, 2017-ci ildə amerikalı El Yakvintanı məğlub edərək yüngül çəkidə çempion adını qazanmışdı.

Hazırda isə döyüşlə bağlı mətbuat konfransı keçirilir. Qızıl medal H.Nurməhəmmədova təqdim olunub.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə