Mir Şahinin vaxtı (VİDEO, 30.09.2018)

Mir Şahinin vaxtı (VİDEO, 30.09.2018)

Ölkə ilin ən samballı həftələrindən birini başa vurdu. Çoxlu əhəmiyyətli hadisələr və səfərlər oldu. Amma mən bilərəkdən onları baş vermə ardıcıllığı ilə təhlil etməyəcək, hər detal üzərində ayrıca dayanmayacam. Gəlin bu dəfə ənənəvi yanaşma tərzini dəyişək və proseslərə daha yuxarıdan baxmağa çalışaq.

Belə olanda Azərbaycanın əsas siyasi kursu olan müstəqilliyimizin müdafiəsi ətrafında baş verən bütün xoş və bəd olaylar daha aydın görünür. İstiyirəm ki, Azərbaycanın öz dövlət müstəqilliyinin qayğısına necə qaldığını, bunu hansı məntiqi qaydalar əsasında etdiyini, yaxın və uzaq riskləri nəzərə alaraq öz dövlət mənafelərini hansı səliqə ilə qoruduğunu apaydın görək.

Mən bütün bunları sizə həm də Azərbaycanı dünyaya təqdim etməyin iki nümunəsi fonunda çatdıracam.  Beləliklə, proseslərə yuxarıdan baxaq. Orbitə bu həftə çıxarılmış “Azərspace-2” peykimizin hündürlüyündən. Yeri gəlmişkən, peykin orbitə çıxarılmasını “REAL Təhlil və İnformasiya Mərkəzi”  birbaşa yayımladı

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə