“Simadan - asimana” (VİDEO)

“Simadan - asimana” (VİDEO)
Nəsimiyə həsr olunan festivala start verildi

Bu gün Azərbaycanda ilk dəfə olaraq Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı başlayır. Şərqin dahi şair və mütəfəkkirlərindən biri İmadəddin Nəsiminin yaradıcılığına həsr olunan, şeir və sənətin yaşadılması məqsədi daşıyan festival Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşır.

27-30 sentyabr tarixlərində keçiriləcək festival Nəsiminin fəlsəfi baxışlarını əks etdirən "Simadan - asimana" və onun öz kəlamından götürülən "Zərrə mənəm, günəş mənəm..." şüarları ilə təşkil olunub. 
Bu gün şairin doğulduğu Şamaxı şəhərindən start götürən festivala 300-dən çox şer və qəzəl təqdim olunub. Onlardan yalnız 3-ü, 2-si qəzəl, biri isə heca vəznində yazılan əsər qalib olub. Qaliblər arasında Real Tv-nin əməkdaşı Mehman Rəsulov da var.

Qeyd edək ki, bu, Mehman Rəsulovun ilk uğuru deyil. Buna qədər də o, bir neçə şer müsabiqəsində iştirak edərək qalib olub. 2013-cü ildə Mehmanın ssenari müəllifi olduğu "Arzuların ardınca" filmi təqdim edilib. Yaxın günlərdə Gənc şairin şerlərindən ibarət kitabı işıq üzü görəcək.

Digər xəbərlər
Bu gün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə